Cəmiyyət

Bakıda gənc oğlan bıçaqlandı, vəziyyəti ağırdı

Sharing is caring!

Bakının Nəsimi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Lent.az xəbər verir ki, hadisə “Kubinka” kimi tanınan ərazidə baş verib.

Belə ki, 2000-ci il təvəllüdlü İslamov Murad İlqar oğlu tanışı ilə söyüş üstündə dava edib.

Dava zamanı M.İslamov bədənin müxtəlif sahələrindən kəsilmiş-deşilmiş xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirir.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir