Cəmiyyət

Azərbaycanlı gənc eyni anda dünyanın beş nüfuzlu universitetinə QƏBUL OLDU

Sharing is caring!

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi ixtisasının məzunu Məhərrəm Cəbrayılov təhsilini ABŞ-ın Luiziyana Dövlət Universitetində davam etdirəcək.

Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Bildirilib ki, M.Cəbrayılov bu universitet ilə yanaşı, ABŞ-ın İllinoys Universitetinin eyni ixtisas üzrə doktorantura pilləsində tam təqaüdlə, İtaliyanın Milan Politexnik Universiteti, Almaniyanın Hamburq Texnologiya Universiteti və Kanadanın Alberta Universitetinin magistr pilləsinə (Kimya mühəndisliyi – təqaüdsüz) qəbul alıb.

Məhərrəmin alacağı təqaüd məbləği illik 28 000 ABŞ dolları təşkil edir.

O, hazırda Universitetdə professor James Dormanın rəhbərlik etdiyi nano-materiallar və katalizatorlar laboratoriyasında tədqiqatçı tələbə kimi fəaliyyət göstərir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir