Cəmiyyət

Göyçayda yas mərasimində kütləvi zəhərlənmə oldu

Sharing is caring!

Göyçay rayonunda qidadan kütləvi zəhərlənmə qeydə alınıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Hacıağabəyli kənd sakini Azər Quliyevin anasının yas mərasimində olub.

Axşam saat 20:00 radələrində məclis iştirakçılarından təxminən 15 nəfərin halı qəfildən pisləşib.

İshal və qusma əlamətləri olan bu insanlar təcili olaraq Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onların müayinə və müalicəsi üçün tədbirlər görülür.

Zəhərlənən şəxslərdən bir neçəsi uşaqdır.

İnsanların nədən zəhərləndiyi hələlik dəqiq bilinmir.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir