Cəmiyyət

Oğuzda avtomobil ağaca çırpılıb, 4 nəfər xəsarət alıb – FOTO

Sharing is caring!

Oğuz rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report” xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistralının rayonun Bayan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Lada-Priora” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 4 nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir