Cəmiyyət

Neftçalada avtomobil ağaca çırpılıb, sürücü ölüb

Sharing is caring!

Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Qaravəlli yaşayış məntəqəsində qeydə alınıb.

Belə ki, Dördlər kənd sakini, 2000-ci il təvəllüdlü Əsədov Sərxan Rövşən oğlu idarə etdiyi “Merсedes” markalı avtomobillə hərəkətdə olan zaman maşın idarəetmədən çıxıb və yolun kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.

S.Əsədov Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir