Cəmiyyət

“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək”İctimai Birliyin təşkilatçılığı ilə 70 ailəyə Qurban payları və ərzaq sovqatları çatdırılıb- FOTOLAR

Sharing is caring!

Müqəddəs Qurban bayramı İslam dininin mühüm əhəmiyyətli bayramlarından biridir. Həmin gün İbrahim Xəlil Peyğəmbər (ə) Allah təalanın ” Oğlun Ismaili qurbangahda kəs” əmrinə itaət edib və onu layiqincə yerinə yetirilməsi ilə məşhurdur.  İbrahim  Peyğəmbər imtahana çəkilərək imamlıq dərəcəsinə ucalan Peyğəmbərdir.  Oğlu Ismaili Allah yolunda qurban kəsmək istəyərkən Allahın sınağından alnı açıq, üzü ağ çıxan İbrahim Peyğəmbəri bağışlayan Allahın ona mükafatı oğlunun əvəzinə mələklərin yer üzünə nazil etdiyi  qoç olur. Və bu gün həmin gündən bu gün ənənəvi olaraq Qurban bayramı kimi qeyd edilir. 

“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək”İctimai Birliyi belə bir gündə bayramı birliyin üzvləri ilə keçirib. 
Qurbanlar kəsilərək şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə qurban payları və ərzaq sovqatları verilib.  Tədbirdə payların təşkil olunmasında maddi dəstək göstərən Hacı Mahir və digər qonaqlar iştirak edib.

Tədbirdə Birliyin Türkiyə dövləti üzrə nümayəndəliyinin sədri Alper   bəyin  təşkilatçılığı ilə payların təşkil olunmasında maddi dəstək göstərən  Bayram Kılıç, Suzan Kasımoğlu,  Tuğba Kasımoğlu, Azərbaycandan fəaliyyət göstərən iş xanımı, şirkət rəhbəri  Rübabə Muradova,  Müasir Müsavat Partiyası idarə heyətinin üzvü  Könül İsmayılova,  hacı Mətanət xanıma Qurban paylarının təşkil olunmasında   göstərdiyi maddi  dəstəyə görə təşkilat rəhbəri xüsusi təşəkkür bildirib.   Birlik sədri Yasəmən Qəyyumlu tədbirdən sonra bir neçə aztəminatlı ailəni  də ziyarət edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir