Cəmiyyət

Tezliklə növbəti güzəştli mənzillər satışa çıxarılacaq – AÇIQLAMA

Sharing is caring!

“Tezliklə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən mənzillərin satışı ilə bağlı seçim elan olunacaq. Satış tarixindən ən azı 30 gün ərzində bu barədə ictimaiyyətə məlumat veriləcək”. 

Oxu.Az-ın məlumatına əsasən, bunu MİDA-nın Aparat rəhbəri Fərman Qurbanlı keçirilən mətbuat konfransında bildirib. 

O deyib ki, mənzillərin əvvəlcədən bron edilməsi barədə iddiaların heç bir əsası yoxdur. 

“Sadəcə, mənzillər sürətli şəkildə istifadəçilər tərəfindən seçildiyindən istifadəçilərdə belə bir təəssürat yaranır. Lakin mənzillər yalnız müsabiqə günü, müsabiqə saatında satışa çıxarılır”, -deyə o əlavə edib.

Aqşin Kərimov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir