Cəmiyyət

Bakıda təzə “dəb”in baha başa gələn cəriməsi: “Qazilərə lüzumsuz olaraq mənfi imic yaradırlar” – AÇIQLAMA

Sharing is caring!

Bakı şəhəri ərazisində dövlət nömrə nişanı olmayan avtomobillərə rast gəlmək mümkündür.

Belə ki, bəzi avtomobil sürücüləri dövlət nömrə nişanı əvəzinə maşınlarının şüşələrinə “Qazi” sözünü yazdırıblar.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, dövlət qeydiyyat nişanının çıxarılmasının bir səbəbi var:

“Bu – inzibati tənbeh tədbirlərindən yayınmaq və qanunsuz hərəkətlərə münbit zəmin yaratmaqdır. Avtomobildən dövlət qeydiyyat nişanını sökmək ciddi qayda pozuntusudur. Qanunsuz əməlin qarşılığında “qazi” sözü yazıb oraya yapışdırmaq isə düzgün deyil və kənardan da bu adın digər sahiblərinə lüzumsuz olaraq mənfi imic yaradır. Kimsə Vətən borcunu, şərəfli xidmətlərini hamı üçün qəbul olunan qaydalara hörmətsizliklə nümayiş etdirməməlidir. Qanun hamı üçün eynidir”.

Polis mayoru qeyd edib ki, dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə sürücüyə 60 manat və 4 bal cərimə tətbiq edilir.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir