Cəmiyyət

Üzərində gəzdirdiyi qayçı ilə 18 yaşlı oğlanı xəstəxanalıq etdi

Sharing is caring!

Balakən sakininə qayçı ilə xəsarət yetirilib.

Oxu.Az-ın məlumatına görə, Balakən şəhər sakini, 1990-cı il təvəllüdlü Elnur Qazaxov aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi qayçı ilə 18 yaşlı Vasif Novruzova xəsarət yetirib. 

Gənc xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Ona döş qəfəsinin daxilə nüfuz edən xəsarəti diaqnozu qoyulub.

Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir