Cəmiyyət

Azərbaycanda kənddə nə yol var, nə də qaz: Odun da od bahasına

Sharing is caring!

Masallı rayon sakinləri yolun və qaz xəttinin olmamasından narazıdırlar. 

Bu barədə rayonun Yolağac kənd sakinlərindən biri Şükür Piriyev Oxu.Az-ın redaksiyasına müraciətində qeyd edib. 

O bildirib ki, kənd sakinləri illərdir ki, çətin şəraitdə yaşayırlar:

“Kənddə 1100-dən çox adam yaşayır. Yol infrastrukturu yoxdur. Məktəbə gedən uşaqlar və onları aparan valideynlər, xəstə yanına təcili çatmağa çalışan briqadalar çox çətinliklər çəkirlər. Qış aylarında vəziyyət daha çox çətinləşir. Aidiyyəti qurumlar illərdir problemlə bağlı heç bir tədbir görmürlər”.

Sakin kənd ərazisinə qaz xəttinin çəkilməməsindən də narazıdır:

“2019-cu ildə “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları kəndə baş çəkdilər. Bildirdilər ki, Dövlət proqramına əsasən, 2022-ci ildə kəndimizə qaz veriləcək. Artıq deyilən vaxtdan altı ay keçsə də, bir xəbər yoxdur. Odun tapıb almaq da bizə illik 1200-1500 manata başa gəlir. Qaz verilsə, bu qədər xərcimiz çıxmaz”.

Məsələ barədə “Azəriqaz” İB ilə əlaqə saxladıq. 

İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, birlik regionların qazlaşma prosesini davamlı olaraq həyata keçirir:

“Proses birliyin daxili resursları və imkanları hesabına həyata keçirildiyindən işlər mərhələli şəkildə görülür. Burada məsələnin maddi və fiziki olaraq çatdırılmasından söhbət gedir. Həmin kəndin də qazlaşdırılması gündəmdədir. Növbəti illərdə kəndin qaz xətti ilə təmin edilməsi nəzərdə tutulur”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir