Cəmiyyət

Şampun oğurlayan şəxsi döyən mağaza sahibi və tanışı həbs edildilər – VİDEO

Sharing is caring!

Gəncə şəhərində ötən il baş verən oğurluq hadisəsinə görə bu il iki nəfər həbs edilib. 

Belə ki, hadisənin görüntüləri bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılıb. 

Əli Qasımov adlı şəxs mağazadan şampun oğurlayıb. Mağaza sahibləri isə onu döyərək pul tələb ediblər. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Oxu.Az-a bildirib ki, Gəncə Şəhər Baş Polis İdarəsində həmin görüntülər əsasında dərhal müvafiq araşdırmalar başlanılıb:

“Araşdırmalar zamanı məlum olub ki, 2021-ci ildə Gəncə şəhər sakini Əli Qasımov şəhər ərazisindəki mağazalardan birindən oğurluq etdiyi üçün mağaza sahibi Şöhrət Cəfərov və sonuncunun tanışı Zabit Əliyev tərəfindən döyülərək ondan pul tələb edilib.

Zərərçəkən şəxsin şəxsiyyəti üzərində zor tətbiq etməsi, onun haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakını tələf etmə hədəsi ilə 100 manat pul tələb etdiyinə görə hər iki şəxs saxlanılıb.

Onların barələrində Cinayət Məcəlləsinin 182.2.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Onu da qeyd edim ki, Ə.Qasımov cari ilin aprel ayında qanunsuz olaraq narkotik vasitə satmaqda şübhəli bilindiyinə görə həbs olunub”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir