Cəmiyyət

“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İB – təşkilatçılığı ilə Gədəbəy rayonunda “Zəfər görüşü ” adlı tədbir keçirilib- FOTO

Sharing is caring!

xeberal.az xəbər verir ki, “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək”  İctimai Birliyin sədri Yasəmən Qəyyumlu və idarə heyəti Gədəbəy rayonuna səfər edib. Səfər çərçivəsində “Zəfər görüşü” adlı tədbir keçirilib. 

Tədbir öncəsi H Əliyevin büstü ziyarət olunub, önünə çiçəklər düzülüb.
 H. Əliyev mərkəzində keçirilən tədbirdə Gədəbəy rayon icra hakimiyyətinin başçısı Natiq Nağıyev,  H.Əliyev mərkəzinin direktoru Pərviz Bayramov, YAP – nın Gədəbəy rayon şöbəsinin sədri Rüstəm Nağıyev, şəhər icra nümayəndəsi  Şakir Məsimov,  kənd və qəsəbələr üzrə icra nümayəndələri, məktəb direktorları , şəhid ailələri və qazilər iştirak ediblər.  

 Çıxış edən rəsmilər şəhidlər haqqında, onların döyüş zamanı göstərdikləri qəhrəmanlıqları haqqında danışıblar. Şəhid ataları və anaları çıxış edərək oğullarından danışıb.
Tədbirin sonunda şəhid ailələri Birlik rəhbəri tərəfindən  “Zəfər diplomu” ilə təltif olunub. Təqdimatda Gədəbəy rayon rəhbərliyi və rəsmilər xüsusi fəallıq göstərib.  Ən sonda xatirə şəkli çəkdirilib.

Səfəri çərçivəsində Birlik sədri bir neçə şəhidlərin xatirəsinə  inşa olunmuş Su bulağının açılışında iştirak edib. Şəhid məzarları ziyarət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir