Cəmiyyət

Erməni yalanlarını təbliğ edən “Comedy Club”a Azərbaycansayağı alternativ – VİDEO

Sharing is caring!

Bu gün Rusiyanın bir çox kanalını izləmək kifayətdir ki, burada açıq-aşkar erməni təbliğatının şahidi olasan. Onlar bunu yalnız siyasi verilişlərdə yox, elə güldürərək də edirlər.

“Comedy Club” layihəsi kimi. Təbii ki, bu təbliğat özünə o qədər yer edib ki, bunun qarşısını almaq mümkün deyil. Bəs bunun alternativini yaratmaq necə?

Bu gün Rusiyada yaşayan azərbaycanlılar tərəfindən buna cəhdlər var. Amma yetərlidirmi? Niyə illərdir bununla bağlı işlər görə bilməmişik?

Mövzu ilə bağlı İTV süjet yayımlayıb.

Erməni lobbisinin yaratdığı ictimai layihə şimal qonşumuzun ictimai fikrində müsbət erməni obrazının yaranmasına xidmət edir.

Bir vaxtlar Azərbaycan yumoru da Rusiyada tanınırdı. “Parni iz Baku” (“Bakılı oğlanlar”) şən və hazırcavablar klubunun (ŞHK) çıxışları şüuraltında Rusiya auditoriyasına təsir edə bilirdi. Uzun illərdir ki, “Parni iz Baku”nun dövründə heç də güclü olmayan “Novıye armyane” komanda üzvlərinin yaratdıqları “Comedy Club” TNT kanalında yayımlanır və ermənilərin təbliğatı ilə məşğul olur.

Rusiyanın NTV kanalının baş prodüseri Timur Vaynşteyn bildirib ki, “Parni iz Baku” komandası Rusiyada çox məşhur ola bilərdi, amma onlar bunu özlərinə məqsəd qoymayıblar:

“Murad Dadaşovun ölkədən kənarda pul qazanmasına ehtiyac yox idi. Azərbaycanda onun üçün hər imkan var idi. Amma digər ŞHK komanda üzvləri üçün ölkələrində belə bir imkan yox idi. Əminəm ki, Murad, Bəhram və digər uşaqlar Rusiyada məşhur olmağı qarşılarına məqsəd qoysaydılar, bunu bacarardılar”.

“Parni iz Baku”dan sonra həmyerlilərimiz yenidən Rusiya auditoriyası üçün çıxış edərək yeni komanda yaradıblar.

Uzun illərdən sonra yaradılan “İqra v komika” komandasının səhnəcikləri hazırda “YouTube” kanalında yayımlanır. Sözügedən şou federal kanallara çıxmağı hədəfləyir.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir