Cəmiyyət

Şəkidə avtomobil ağaca çırpılıb, xəsarət alanlar var – FOTO

Sharing is caring!

Şəkidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Baş Küngüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Baş Küngüt kənd sakini, 42 yaşlı Cəfər Əliyevin idarə etdiyi avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə sürücü C.Əliyev və onun sərnişini, 28 yaşlı Şahin Əliyev əsarət alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir