Cəmiyyət

Bir ay ərzində Azərbaycanda 800-dən çox insan zəhərlənib: Doqquz nəfəri xilas etmək mümkün olmayıb

Sharing is caring!

İyun ayında Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 844 nəfər müraciət edib.

Bu barədə Oxu.Az-a Mərkəzin Mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu məlumat verib.

Məlumata görə, onlardan 170-i Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıblar:

“Qəbul olan xəstələrdən 89-u dərmandan, 29-u sirkə turşusundan, 8-i dəm qazından, biri göbələkdən, beşi etil spirtindən, altısı isə kimyəvi məhluldan zəhərlənib. Digərlərindən biri anafilaksiya səbəbindən, yeddisi allergik reaksiyadan, ikisi isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib. Həmçinin onlardan 21-ni ilan, birini isə həşərat sancıb.

Zəhərlənən şəxslərin 69-u qadın, 92-si kişi, doqquzu uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 170 nəfərdən doqquzu (beşi kişi, dördü qadın) dünyasını dəyişib”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir