Cəmiyyət

Evlərə oğurluğa girməkdə şübhəli bilinən şəxs saxlanılıb: Oğlan xanım “həmkar”ını yarı yolda qoydu – VİDEO

Sharing is caring!

Bakıda sakinlər evlərə oğurluğa girdiyi iddia edilən qızı saxlayıblar. 

Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. Vətəndaşlar iddia edirlər ki, hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbənin Murad Mirzəyev küçəsi, 6-cı döngə deyilən ərazisində iki nəfərin evlərə oğurluğa girdiyi deyilir:

“Zabrat camaatı bu ərazini “Zabrat dəmiryol”, “Dağüstü tərəf” deyə tanıyır. “Mehdi” marketin yaxınlığında yaşayırıq, bu qız və bir oğlan bizim məhəlləyə oğurluğa giriblər. Oğlan qaçdı, qızı tutduq. Polisə məlumat verdik”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Sabunçu rayonunda oğurluq əməlində şübhəli bilinən qadın vətəndaşların polisə fəal dəstəyi ilə saxlanılıb:

“Həmin qadınla birgə oğurluq əməlində şübhəli bilinən digər şəxslərin tutulması istiqamətində tədbirlər davam etdirilir. Vətəndaşlıq nümunəsi göstərməklə polisə əməli köməklik göstərən sakinlərə təşəkkür edirik”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir