Cəmiyyət

Ağstafada oğul atasını döydü

Sharing is caring!

Ağstafada 60 yaşlı kişi oğlu tərəfindən döyülüb.

“Report”un məlumatına görə, Ağstafa rayon sakini, 1962-ci il təvəllüdlü S.Hüseynov mübahisə zəminində döyülüb.

Başından və bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alan zərərçəkmiş xəstəxanaya aparılıb.

Yaxınlarının verdiyi məlumata görə, S.Hüseynov 30 yaşlı oğlu T.Hüseynov tərəfindən döyülüb. Hadisə zamanı onların hər ikisi sərxoş olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir