Cəmiyyət

ADA Universitetində ingilis dilinin tədrisi konfransı keçirilir

Sharing is caring!

ADA Universitetində “İngilis dilinin tədrisində mükəmməllik” adlı konfrans keçirilir.

“Report” xəbər verir ki, tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberger və Təhsil İnstitutunun direktoru (ARTİ) Rüfət Əzizov iştirak edirlər.

Səfir bildirib ki, ingilis dili biliyinin artırılması daha çox azərbaycanlıya öz ölkələrinin iqtisadiyyatının şaxələndirilməsində iştirak etməyə, dünyada 1,4 milyard ingilisdilli insanla ünsiyyət qurmağa kömək edəcək:

“Bu, həm də orijinal Hollivud filmlərindən zövq almağa, dünyada ən çox yayılan dildə kitablar və qəzetlər oxumağa yardım göstərəcək”.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib ki, Azərbaycanda orta məktəblərdə ingilis dilinin tədrisi planı yenilənir:

“ARTİ tədris proqramlarını və dərslikləri yeniləmək üçün müxtəlif ölkələrin təcrübəsini öyrənib. Odur ki, ingilis dilinin tədrisində yeni yanaşmalar müəllimlər üçün uzunmüddətli peşəkar inkişaf ehtiyaclarının müəyyən edilməsini əhatə edəcək”.

Konfransda çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə vurğulayıb ki, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi universitetin fəaliyyətinin növbəti istiqamətlərindən biridir.

Qeyd edək ki, bu konfrans Şimali Karolina ştatının “Müasir ingilis dilinin tədrisi” adlı kursunun yekun mərhələsi olub. ABŞ səfirliyi tərəfindən maliyyələşdirilən virtual kursda, təxminən, 100 azərbaycanlı ingilis dili müəllimi iştirak edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir