Cəmiyyət

Azərbaycana 70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət qoyulub

Sharing is caring!

Quş qripi ilə bağlı hazırda Azərbaycana quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq edilən ölkələrin sayı açıqlanıb.

Oxu.Az bildirir ki, bu barədə AQTA-nın Heyvan sağlamlığı şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib.

Onun sözlərinə görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə razılaşmasına görə, heyvan mənşəli məhsulların, o cümlədən də ətin dövriyyəsi ÜHST-nin verdiyi məlumata əsasən tənzimlənir:

“Biz də təşkilatın üzvüyük və hər gün hansı ölkədə hansı xəstəliklərin qeydə alınması ilə bağlı məlumat alırıq. Buna uyğun da hansı ölkəyə məhdudiyyət, hansına qadağa tətbiq olunması qərara alınır. Biz gözləyə bilmərik ki, hansısa ölkədən bizə məhsul gətirilir, ya gətirilmir. Məsələ ondadır ki, heç bir sahibkar hansısa ucqar ölkədən məhsul gətirməsin. Ona görə də biz qabaqlayıcı tədbirlərimizi elan edirik”.

Şöbə müdirinin sözlərinə görə, müxtəlif xəstəliklər üzrə məhdudiyyət tətbiq olunan ölkələrin sayı fərqlidir:

“Quş qripi ilə əlaqədar hazırda 70 ölkədən quşçuluq məhsullarının gətirilməsinə məhdudiyyət tətbiq olunub. Amma burada bütün ölkə yox, ayrı-ayrı bölgələrin adları var. Hansı zonada xəstəlik aşkarlanıbsa, 10 kilometr ərazidə məhdudiyyət tətbiq edilir. Məhdudiyyətlərin müddəti də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatlarına görə tənzimlənir və üç aydan on iki ayadək davam edə bilər”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir