Cəmiyyət

Ağdamda sel içərisində sərnişin olan avtomobili aparıb

Sharing is caring!

Ağdamda Xaçınçay çayına gələn sel içərisində sərnişin olan, çaydan keçmək istəyən VAZ-2107 markalı avtomobili aparıb.

Trend xəbər verir ki, hadisəni görən şəxs özünü çaya ataraq avtomobildə olanları xilas edib.

Hadisə yerinə çağırılan təcili tibbi yardım əməkdaşları avtomobildə olan Əhmədova Elyanə və Quliyeva Aminəni, eləcə də onları xilas edən İlqar adlı şəxsi Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir