Cəmiyyət

Bakının bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq – SİYAHI

Sharing is caring!

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi sürücülərə müraciət edib.

İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli “Report” bildirib ki, sabah, 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin yürüşləri və nümunəvi çıxışları təşkil olunacaq.

“Bununla əlaqədər olaraq Heydər Əliyev sarayı – Bülbül prospekti – “Nizami” Kino Mərkəzi – Neftçilər prospekti – Azadlıq meydanı – AMAY ticarət mərkəzi; Şəhidlər xiyabanı – Alov qüllələri – “İçərişəhər” metrosu – Qala qapısı – Kukla Teatrı – AzNeft dairəsi – Bəhram Gur heykəli; Hüseyn Cavid parkı – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər xiyabanı; Zabitlər parkı – Milli Sirk – Heydər Əliyev sarayı – Səməd Vurğun küçəsi – Neftçilər prospekti; Nərimanov heykəli – Mərkəzi park – Milli Dram Teatrı – Qış parkı – Heydər Əliyev sarayı – Milli Bank istiqamətlərində şəxsi minik maşınlardan istifadə etmək tövsiyə olunmur. Bu, tədbirin yüksək səviyyədə keçirilməsi üçün vacibdir”, – o vurğulayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir