Cəmiyyət

Tarixi köklər xalqları birləşdirən ən vacib amildir

Sharing is caring!

Azərbaycan Prezidentinin Özbəkistana səfəri bir daha onu göstərir ki, iki ölkə arasındakı münasibətlər Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində çox yüksək səviyyədə qurulmuşdur. Səfər çərçivəsində imzalanmış sənədlər mövcud potensialdan faydalanmaq üçün zəmin yaradır.
Azərbaycanın oxşar kökə bağlı türkdilli dövlətlərlə çox uğurlu əməkdaşlıq tarixçəsi var. Türkdilli xalqları birləşdirən ortaq mədəni irs və ortaq tarix dövlətlərarası münasibətlərdə də daim öz müsbət təsirini göstərir. Azərbaycan-Özbəkistan münasibətlərinin də tarixi kökləri var, mədəni əlaqələrin tarixi çox qədimlərə gedib çıxır. Tarixi şəhərlər olan Səmərqənd, Buxara, Bakı, Gəncə, Şamaxı, Naxçıvan arasında güclü mədəni-iqtisadi əlaqələr olub. Orta əsrlərdə özbək mütəfəkkiri Əlişir Nəvainin Nizami Gəncəviyə xüsusi rəğbəti olub. Daha sonra Azərbaycan şairi Məhəmməd Füzulinin də Əlişir Nəvaidən ilhamlanaraq əsərlər yaratdığı qeyd olunur. Ötən əsrin əvvəllərində “Molla Nəsrəddin” jurnalı Mərkəzi Asiyada geniş yayılıb. Azərbaycanın məşhur “Arşın mal alan”, “Leyli və Məcnun” əsərləri dəfələrlə Özbəkistanın səhnələrində nümayiş etdirilib.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi zamanlarda hər iki ölkədə mədəniyyət günləri keçirilib. Hər iki ölkənin yazıçı və şairlərinin əsərləri bir-birinin dillərinə tərcümə olunub. Bakıda Əlişir Nəvainin heykəli ucaldılıb, paytaxtımızın mərkəzində Özbəkistan və Mirzə Uluqbəy küçələri var. Özbəkistanda da Bakı, Səməd Vurğun küçələri mövcuddur. Nizami Gəncəvinin adını daşıyan Daşkənd Dövlət Pedaqoji Universiteti Özbəkistanda olduqca fəaldır. Həmin univeristetin tərkibində “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Humanitar sahə dövlətlərarası münasibətlərdə həmişə mühüm yer tutur. Şuşada keçirilən “Xarıbülbül” festivalında Özbəkistanın məşhur “Bahar” rəqs ansamblı iştirak edib. Azərbaycan Dövlət Rəqs Ansamblı isə Özbəkistanın Xivə şəhərində keçirilən Beynəlxalq Rəqs Festivalında çıxış edib. Bütün bunlar iki ölkə arasındakı əlaqələrin yüksək səviyyəsindən xəbər verir.
Bildiyimiz kimi hər zaman beynəlxalq müstəvidə Azərbaycan və Özbəkistan bir-birinə dəstək olur. Deməli, Azərbaycan-Özbəkistan münasibətləri dostluq və qardaşlıq münasibətləri səviyyəsindədir. Artıq Azərbaycan şirkətləri bu sahədə müəyyən təcrübələr qazanıblar. Enerji sektorunun inkişafı istiqamətində Azərbaycanın investisiya potensialı Qırğızıstan üçün kifayət qədər faydalı ola bilər. Birgə bəyanatlar zamanı səsləndirilən fikirlər və imzalanan sənədlər bundan sonra iki ortaq kökə malik ölkə arasında münasibətlərin daha da inkişaf etdiriləcəyinin əyani sübutu oldu.
Hər şeydən aydın görünür ki, Azərbaycan və Özbəkistan arasında əlaqələr müxtəlif sahələr üzrə bundan sonra da genişlənəcək, səfər zamanı iki ölkə arasındakı münasibətlər yeni impuls verəcək və dostluq əlaqələri daha da dərinləşəcək. Bu, eyni zamanda həm iki ölkənin inkişafına, qarşılıqlı əməkdaşlığına xidmət edəcək. Müzakirə olunmuş mövzular və əldə olunmuş razılaşmalar münasibətlərimizin gələcək inkişafı üçün əsas olacaq.

Elçin Hüseynov, Cəlilabad Gİİ-nin rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir