Cəmiyyət

Buzovna qəsəbəsində sakinlər 23 gündür su üzünə həsrət qalıblar

Sharing is caring!

Xəzər rayonu Buzovna qəsəbəsində vətəndaşlar su problemindən əziyyət çəkirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına şikayət daxil olub. Vətəndaş iddia edir ki, Buzovna qəsəbəsi Beynəlmiləl küçəsində həyət evlərində yaşayan sakinlər su üzünə həsrət qalıblar:

“Artıq 23 gündür ki, bizə su verilmir. Hər gün “qaynar xətt”ə zəng edirik, problemi bildiririk. Lakin operator bizə yalnız qəza olduğunu, qısa zamanda problemin aradan qaldırılacağını deyir. Bu qısa zaman 23 gündür ki, bitmək bilmir. Operator deyir ki, bizim əraziyə qrafik üzrə gün ərzində səhər saat 10:00-dan 18:00-a qədər su verilməlidir. Bizə isə iyun ayının 1-nə qədər su səhər saat 11:00-dan 14:00-a qədər olan qrafiklə verilib. Ayın 1-dən sonra isə su yoxdur.

Yay günü susuz qalmışıq, hamamlanmaq bir yana, içməyə su tapmırıq. Su maşınlarına hər dəfə 35-40 manat verib su almağa isə maddi imkanımız çatmır”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir