Cəmiyyət

Penitensiar Xidmətin tərbiyə müəssisəsində qaçmaq cəhdi olub? – RƏSMİ AÇIQLAMA

Sharing is caring!

Sosial şəbəkələrdə Penitensiar Xidmətin tərbiyə müəssisəsində cəza çəkən yeniyetmələrin qaçmağa cəhd etmələri ilə bağlı məlumat yayılıb.

Yayılan məlumatlar sosial şəbəkə istifadəçiləri arasında bir sıra müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bu istiqamətdə paylaşılan məlumatlar yanlışdır. Heç bir qaçmaq cəhdi olmayıb. Nəinki Penitensiar Xidmətin tərbiyə müəssisələrində, heç bir digər müəssisədə belə bir hal qeydə alınmayıb”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir