Cəmiyyət

Elcan Rəsulov zibil yığmağından danışdı: “Pis oldum ki, bəlkə bir də oraya getməyim” – VİDEO

Sharing is caring!

ARB TV-nin “Sözbaz” verilişinin növbəti müsahibi aktyor Elcan Rəsulov olub.

Elcan Rəsulov yaşadığı çətin uşaqlıq illərindən söhbət açıb:

“İlk qazancım, deyəsən, “1 Məmməd” (1993-2006-cı illərdə tədavüldə olan 1000 manat – red.) idi. Altı, ya yeddinci sinifdə oxuyurdum. O zamanlar Yeni Yasamalda binalar yox idi, düzənlik bir yer idi. Yığılan zibilləri aparıb oraya tökürdülər. Qonşularımızdan bir-iki nəfərlə oranı kəşf etmişdik. Çünki ən çox butulka orada olurdu. Zibilliyin içindən butulkaları yığıb, təmizləyib yeşiklərə yığırdıq.

Bədənimizin hər yeri yara idi, çünki zibillikdən butulka yığdığımız üçün cücülər bizi dişləyirdi. Seyid adlı bir dostum var idi, mənə yaxından baxıb dedi ki, çox pis gündəsən, heç kim üzünə də baxmayacaq. Sonra çox pis oldum ki, bəlkə, bir də oraya getməyim, amma yenə getdim. O qədər getdik ki, orada da butulka bitdi. Bunları danışmaqdan heç zaman utanmamışam”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir