Cəmiyyət

3-5 manata satılan eynəklər gözdə hansı xəstəlikləri yaradır? – AÇIQLAMA + VİDEO

Sharing is caring!

Yayın gəlişi ilə günəş şüalarından qorunmaq üçün eynəklərə tələbat artıb.

ARB-nin “Günə doğru” verilişində eynəklər barədə süjet yayımlanıb.

Belə ki, sorğuda iştirak edən sakinlər eynək seçimlərində birmənalı olaraq keyfiyyətə önəm verdiklərini deyiblər.

Mağaza satıcıları isə 3-5 manata olan eynəklərə tələbin az olmadığını vurğulayıblar. Satıcının sözlərinə görə, sürücülər eynək alışında daha seçicidirlər.

3-7 manat aralığında olan eynəklərin alıcıları çox olsa da, mütəxəssislər onların alışını məsləhət görmürlər.

Mövzu ilə bağlı cərrah-oftalmoloq Lamiyə Əliyeva bu kimi eynəklərin göz üçün zərərli olduğunu, katarakt və digər göz xəstəliklərini yaratdığını bildirib.

Daha ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir