Cəmiyyət

Azad olunmuş ərazilərdə peşə festivalının keçirilməsi planlaşdırılır

Sharing is caring!

Azad olunmuş ərazilərdə peşə festivalı keçirilməsinə planlaşdırılır.

Oxu.Az xəbər verir ki, bu fikirləri bu gün Bakıda keçirilən peşə festivalının bağlanış mərasimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DövlətMəşğulluqAgentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli deyib.

Onun sözlərinə görə, peşə festivallarının növbəti illərdə daha geniş formada keçirilməsi nəzərdə tutulur:

“Gələcəkdə bu festivallar Azərbaycanın müxtəlif rayonlarında və daha geniş səpkidə keçiriləcək. Həmçinin bu cür festivalın azad olunan ərazilərdə keçirilməsi də gözlənilir. Həmin ərazilərdə bərpa işləri yekunlaşdıqdan, infrastruktur tam şəkildə qurulduqdan sonra bu cür tədbirlər keçiriləcək”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir