Cəmiyyət

İki uşaq anasının xeyirsevərlərin dəstəyinə ehtiyacı var – FOTO

Sharing is caring!

37 yaşlı Nuranə Mustafayeva böyrək çatışmazlığından əziyyət çəkir.

İki uşaq anasının həyatı ağır dializ prosedurlarına bağlıdır. Həftədə üç dəfə xəstəxanada olur, damarlara xüsusi aparat qoşulur və bir neçə saat ərzinə qanın təmizlənməsi prosesi aparılır. Hər həftə onun vəziyyəti daha da pisləşir.

N.Mustafayeva bildirir ki, imkansızlıqdan həkimlərə müraciət edə bilmir:

“15 ildir ki, şəkər xəstəsiyəm, indi də böyrək çatışmazlığı məni lap əldən saldı. Artıq gözlərim tutulub, görməm 10 faiz qalıb. Ayaq üstə əziyyətlə dayanıram. Bilmirəm, bu nə vaxta qədər belə davam edəcək. Heç mənim donorum da yoxdur”.

N.Mustafayeva hazırkı vəziyyətinə görə xeyirsevər insanların dəstəyinə ehtiyacı olduğunu bildirir. 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir