Cəmiyyət

“Tosu Zəngilanlı”nın narkotikdən istifadə etməsi ilə bağlı iddiaya qardaşından REAKSİYA – YENİLƏNİB + VİDEO

Sharing is caring!

Xəbər verdiyimiz kimi, “Tosu Zəngilanlı” adı ilə tanınan tiktok fenomeni mərhum Əbülfəz Abbasov bu gün dəfn edilib.

AZXEBER.COM əməkdaşları mərhumun dəfn mərasimində iştirak ediblər.

Əbülfəz Abbasovun qardaşı özəl olaraq onun vəfatının təfərrüatını həmkarlarımızla bölüşüb:

“Qardaşım səhər yuxudan durdu və məndən su istədi. Nəfəs alma problemi olduğu üçün onu tez-tez yoxlayırdım. Bir saat sonra yenidən onu yoxlamağa gələndə gördüm ki, artıq keçinib. Bəzi saytlar Tosunun narkotik istifadə etməsi və ya atasının olmaması haqda yazırlar. Tosu ümumiyyətlə narkotik istifadə etməyib. Atası da sağdır. Dünən axşam toyda olub. Amma spirtli içki qəbul etməyib. Ciyərlərində və bronxlarında problem olduğu üçün nəfəs alması da problemli idi”.

Mərhumun nəşi yaşadığı Zəngilan şəhərciyindən Biləcəri qəbiristanlığına aparılıb və orada da dəfn edilib.

Qeyd edək ki, mərhumun anası ötən il koronavirusdan vəfat etmişdi.

15:14

“Tosu Zəngilanlı” kimi tanınan tiktokerin son görüntüləri yayılıb. 

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, video Buzovnada keçirilən toy məclisində çəkilib. 

Belə ki, onun bir qrup şəxsin əhatəsində rəqs etdiyi görünür. 

Həmin görüntüləri təqdim edirik:

 
 
 

 
 
 
 
 

 
 

 
 
 

 
 

A post shared by Oxu.Az (@oxuaz)

14:36

“Tosu Zəngilanlı” kimi tanınan tiktokerin ölüm səbəbi məlum olub. 

Bizim.Media xəbər verir ki, o, yüksək dozada narkotik maddənin təsirindən dünyasını dəyişib. 

Hadisə rayonlardan birində baş verib.

14:06

Son vaxtlar sosial şəbəkələrdə “Tosu Zəngilanlı” kimi tanınan tiktoker vəfat edib.

Bu barədə Baku.ws-ə mərhumun yaxınları məlumat verib.

“Tosu Zəngilanlı”nın bu gün dəfn olunacağı gözlənilir.

Hazırda dəfn prosesinə hazırlıq işləri görülür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir