Cəmiyyət

Təhsil Nazirliyi: Şabranda körpələr evi-uşaq bağçası ilə bağlı yayılan məlumatlar araşdırılır – FOTO

Sharing is caring!

Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumatlar araşdırılır.

Bu barədə Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat yayıb.

O bildirib ki, hazırda məsələ araşdırılır:

“Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə 1 saylı körpələr evində uşaqlara verilən qidanın fotosu yayılıb. Fotoda yeməklərin keyfiyyətsizliyi və az olması görünür.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir