Cəmiyyət

Şəkidə qəzaya düşməmək üçün özünü traktordan atan sürücü öldü – FOTO

Sharing is caring!

Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qırxbulaq kəndində qeydə alınıb.

Əkin sahəsinə kənd təsərrüfatı işlərini yerinə yetirmək üçün gedən traktorun sürücüsü idarəetməni itirib və bu zaman sürücü özünü yola atıb.

Traktor isə sürücüsüz hərəkət edərək divara çırpılaraq dayanıb. Hadisə nəticəsində traktorun sürücüsü, Şəki rayon sakini 67 yaşlı İsa Hüseynov xəsarət alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Göstərilən tibbi yardımlara baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir