Cəmiyyət

Qadın Vəkillər Alyansının əsasnaməsi təsdiq edildi

Sharing is caring!

Qadın Vəkillər Alyansının əsasnaməsi təsdiq edildi. 

Oxu.Az xəbər verir ki, bu barədə bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Qərara görə, Azərbaycan Qadın Vəkillər Alyansı – vəkillərin müstəqilliyi prinsipinə əməl edilməklə, qadınlar və uşaqlara dair insan hüquq və azadlıqlarının və qanuni mənafelərinin müdafiəsinin gücləndirilməsi, qadınlar və uşaqlar arasında hüquqi maarifləndirmə işinin aparılması, cəmiyyətin ictimai, sosial, mədəni və hüquqi sferasında qadın vəkillərin rolunun artırılması və fəal iştirakının təmin edilməsi, hüquqşünas qadınlar arasında vəkil peşəsinin təbliği və qadın vəkillərin sayının artırılması məqsədilə ilə Azərbaycan Konstitusiyasının, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununun və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Nizamnaməsinin tələblərinə uyğun olaraq yaradılır.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir