Cəmiyyət

Azərbaycanda təcili tibbi yardım operatorunu ələ salanlarla bağlı DİN hərəkətə keçdi – YENİLƏNİB + VİDEO

Sharing is caring!

“Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə yalan çağırış zəngləri ilə bağlı polis orqanlarına daxil olan müraciətlər araşdırılır”. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq DİN-nin Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, bu, olduqca həssas məsələdir, tibbi və digər dövlət xidmətlərinin fəaliyyətini kimsə əsassız olaraq məşğul edə bilməz:

“Bilə-bilə yalan təcili yardım çağırışı verilməsi inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə müvafiq olaraq, bilə-bilə yalandan ixtisaslaşdırılmış xidmətləri çağırma ilə bağlı inzibati xəta haqqında iş üzrə icraat aparıla bilər. İnzibati xəta xarakterli əmələ görə, bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə yüz manat məbləğində cərimə tətbiq edilir”.

12:18

Azərbaycanda tərbiyəsizlik edən gəncləri sosial şəbəkə istifadəçiləri qınayıblar.

Oxu.Az xəbər verir ki, görüntülər sosial şəbəkədə yayılıb.

Gənclər Təcili Tibbi Yardım Xidmətinin “103” xidmətinə zəng edərək əsassız müraciət ediblər.

Onlar: “Dostum siqaretini içinə (nəfəsinə) çəkərkən ürəyi gedib, yıxılıb”, – deyərək Xidmətin operatorunu ələ salıblar.

Operator bir neçə dəfə müraciəti təkrar soruşduqdan sonra onlara bu hərəkətlərinə görə irad tutub.

Görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib.

Sözügedən görüntüləri təqdim edirik:

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir