Cəmiyyət

“Azəriqaz” rəsmisi: “Məktəblərin “Ceyran peçi” ilə isidilməsi məsələsi mümkün deyil”

Sharing is caring!

“Biz istər əhali, istər qeyri-əhaliyə – qurumlara, təhsil müəssisələrinə və s. qazlaşdırma ilə bağlı xidmət göstəririk. Lakin bu sahədə bir sıra problemlərlə qarşılaşırıq”.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Facebook” səhifəsində canlı yayımda deyib.

O bildirib ki, “Azəriqaz” İB olaraq məktəblərin qazlaşdırılması zamanı sənədləşmə işləri düzgün aparılmır:

“Məktəblər inzibati ərazi üzrə rayon təhsil şöbələri, nazirlik səviyyəsində rəsmi məktubla müraciət sənədlərini hazırlamalıdır ki, biz o müraciət əsasında həmin məktəbin şəraiti ilə tanış olaq. Əgər orada qazanxana yoxdursa, parametrlər, standartlar yoxdursa, bizim o məktəblərin qazlaşdırılmasına ixtiyarımız yoxdur.

Bəzən təhsil ocaqları “Ceyran peçi” ilə sinif otaqlarının isidilməsi məsələsini aktuallaşdırmağa çalışanlar var. Bu mümkün deyil. Bu, istənilən zaman təhlükə yarada bilər, təhlükə zamanı isə yanğın çıxa bilər. Lakin dediyim standartlar olmalıdır ki, “Azəriqaz” İB həmin məktəblərin qazlaşdırmasını təhlükəsiz şəkildə həyata keçirsin”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir