Cəmiyyət

Vətən müharibəsi şəhidinin qardaşı doğuldu: Adını körpəyə qoydular – FOTO

Sharing is caring!

Vətən müharibəsi şəhidi Elxan Rzayevin qardaşı dünyaya gəlib.

Oxu.Az-ın məlumatına görə, bu barədə millət vəkili Kamal Cəfərov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat qeyd edib ki, valideynləri yeni doğulan körpəyə qardaşının adını veriblər:

“Vətən müharibəsi şəhidi Elxan Rzayev evin tək oğlu idi və nişanlı idi. Atası Aris dayı oğlunun toy mərasimi üçün də bütün hazırlığını görmüşdü. Elxan ali təhsilli idi, Qaraqaşlı kənd orta məktəbində informatika dərsi deyirdi. Hər bir şəhid ailəsində olduğu kimi, Elxanın da evində həmişə dərin hüzn var idi.

Bir neçə ay bundan əvvəl şəhidimiz Elxanın atası Aris dayı dedi ki, xoş xəbər var, yaxın zamanda Elxanın qardaşı dünyaya gələcək. Elxanın qardaşı aprelin 29-u dünyaya göz açdı və adını da Elxan qoydular. İnşallah adına da layiq övlad olacaq”.

Qeyd edək ki, Elxan Rzayev Cəbrayılın və Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O noyabrın 1-də Qubadlı döyüşləri zamanı şəhid olub. Elxan Rzayev Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir