Cəmiyyət

Lənkəranda 21 yaşlı oğlan özünü tövlədə asdı

Sharing is caring!

Lənkəranda 21 yaşlı oğlan intihar edib.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə ötən gecə rayonun Vilvan kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2001-ci il təvəllüdlü Həsən İlham oğlu Həsənzadə yaşadıqları evin həyətindəki tövlədə özünü asıb.

Ailə üzvləri hadisədən bu gün səhər saatlarında xəbər tutublar.

İntiharın səbəbi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir