Cəmiyyət

Bakıda yaşayış binası sökülür – FOTO

Sharing is caring!

Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən binanın söküntüsünə başlanılıb. Hazırda sökülməkdə olan “xruşovka” tipli binanın yerində yaşayış və qeyri-yaşayış binasının tikintisi planlaşdırılır.

Bu barədə Trend-ə ərazidə yaşayan sakinlər xəbər verib.

Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov açıqlamasında bildirmişdi ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

Qeyd edək ki, SSRİ-də ilk beşmərtəbəli “xruşovka” bina 1957-ci ildə Moskvada inşa olunub. Bundan qısa müddət sonra SSRİ-nin bütün şəhərlərində bu panel binaların inşasına başlanılır. Azərbaycanda isə “xruşovka”ların tikintisinə 1959-cu ildə start verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir