Cəmiyyət

Bakının böyük prospektlərini birləşdirən küçə təmir olunur – FOTO/VİDEO

Sharing is caring!

Paytaxtın iki böyük prospektini əlaqələndirən küçənin əsaslı təmirinə başlanılıb.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, uzunluğu 1 830 metr təşkil edən Müzəffər Nərimanov küçəsində aparılan təmir işləri Heydər Əliyev və Ziya Bünyadov prospektlərini əlaqələndirmək baxımından mühüm əhəmiyyətə malikdir.

Ortalama eni 12 metr təşkil edən Müzəffər Nərimanov küçəsində hazırda yararsız səki və bordür daşlarının yenilənməsi işləri aparılır.

Layihə ardıcıllığına uyğun olaraq daha sonra yeni asfalt-beton örtüyünün döşənməsi, mövcud yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenilənməsi nəzərdə tutulub.

Son mərhələdə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq küçə müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

Qeyd edək ki, 2021-ci ildə Nərimanov rayonunda ümumi uzunluğu 11 kilometrdən çox olan 15-dən artıq küçə təmir olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir