Cəmiyyət

Bakıda cərimələnən şirkət yenidən ağacları kəsib? – FOTO

Sharing is caring!

Vətəndaşlar Nəsimi rayonunda ağacların kəsilməsindən narazıdırlar. 

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər bildiriblər.

Qeyd edilib ki, rayonun Rəşid Məmmədov küçəsi 25 ünvanında ağaclar kəsilib, eyni zamanda aşıb.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxladıq. 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov bildirib ki, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi 25 ünvanında ağacların kəsilməsi ilə bağlı məsələyə münasibət bildirib:

“Sözügedən ünvanda tikinti işi aparan “Xəzər İnşaat XXI əsr” MTK tərəfindən bu ilin yanvar ayında ərazidə qanunsuz ağac kəsildiyinə görə tərəfimizdən qanunamüvafiq tədbirlər görülüb və toplanmış sənədlər Baş Prokurorluğa göndərilib”.

“Bu gün isə həmin əraziyə təkrar baxış keçirilib və yeni ağac kəsintisi faktı qeydə alınmayıb”, – deyə o qeyd edib. 

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir