Cəmiyyət

Bakıda xəstəxananın dam örtüyü UÇDU – FOTO/VİDEO

Sharing is caring!

Bakıda ötən gündən etibarən əsən güclü külək xəstəxananın damını uçurub.

Oxu.Az-ın məlumatına görə, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Söhbət Yasamal rayonu, Tağı Şahbazı küçəsi 95 ünvanında yerləşən Uşaq Nevroloji Xəstəxanasından gedir.

Görüntülərdən məlum olur ki, yerindən qopan dam örtüyünün qalıqları yaxınlıqda park edilən avtomobillərin üzərinə düşüb. Nəticədə bir neçə avtomobilə, həm də ərazidəki ağaclara ciddi ziyan dəyib.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir