Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, keçirilən tədbirlərlə avtomobillərində konstruksiya dəyişikliyi edən sürücülərin nəqliyyat vasitələri saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.
Xeberal.az