Cəmiyyət

Şirvanın yeganə saatsazı bu sənətə gəlməsindən danışdı – VİDEO

Sharing is caring!

Şirvanın yeganə saatsazı Adil Əliyev 57 ildir ki fəaliyyət göstərir. 

O bildirib ki, bu sənətin incəliklərini 1965-ci ildən öyrənməyə başlayıb.

“Atama dedim ki, mən bu sənəti öyrənmək istəyirəm, dedi ki, gəl, öyrədim. Bir neçə aydan sonra böyük saatları, daha sonra cib saatlarını öyrənməyə başladım”, – deyə o qeyd edib.  

Usta saatın insan səhhətinə təsirindən danışaraq qəribə bir əhvalatla rastlaşdığını deyib:

“Yaxın bir insanın mexaniki saatının qolunda xarab olması ilə ürəyində ağrılar əmələ gəlmişdi. Çox həkimlərə müraciət etdi. Bir həkim deyib ki sən uzun müddət saat taxıb, sonra çıxarıb atdığın üçün ağrıların başlayıb. Saatını düzəlt və yenidən tax, ağrıların keçəcək. Dediyi kimi də oldu”, – deyə o bildirib. 

Daha ətraflı Baku TV-nin süjetində:

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir