Cəmiyyət

Yol qəzalarından qalan “xatirələr” – Dəmir arakəsmələr niyə düzəldilmir? – AÇIQLAMA

Sharing is caring!

Bakı kənar dairəvi yolda dəmir arakəsmələr bərbad gündədir.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Belə ki, yol boyu müəyyən məsafələrdə bir neçə yerdə dəmir arakəsmələr yararsız hala düşüb. Aydın məsələdir ki, buna səbəb yol-nəqliyyat hadisələridir.

Lakin, aradan uzun zaman keçməsinə baxmayaraq, həmin arakəsmələr bərpa edilməyib. Sosial şəbəkə istifadəçiləri məsələyə laqeyd yanaşmanı qınayıb. 

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verəndə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən məsələ artıq rəhbərlik tərəfindən nəzarətə götürülüb:

“Aidiyyəti şöbəyə məsələ ilə əlaqədar zəruri tapşırıqlar verilib. Yaxın günlərdə problem tam olaraq aradan qaldırılacaq”.

Könül Cəfərli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir