Cəmiyyət

Sumqayıtda mənzildə kişi meyiti tapıldı

Sharing is caring!

Sumqayıtda mənzildə 63 yaşlı kişinin meyiti tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərinin Corat qəsəbəsində bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-in Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Məhərrəmov Məhərrəm Cahangir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir