Cəmiyyət

Azərbaycanda qolf meydançasında QƏZA: Üç qadın maşını aşırtdı

Sharing is caring!

Azərbaycanda qolf meydançasında qəza baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb.

Rayon ərazisində yerləşən qolf meydançasında istirahət edən Rusiya vətəndaşları Lyubov Seredkina, Larisa Xurasteyeva və Reneta Safarqaliyeva qolf maşınını idarə edərkən nəqliyyat vasitəsini aşırıblar. Nəticədə onların hər üçü xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir