Cəmiyyət

ULU ÖNDƏRİN İRSİ ÖYRƏNİLİR

Sharing is caring!

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində Cəlilabad rayonu gənclərinin və yeniyetmələrinin, habelə məktəblilərin Cəlilabad rayon Heydər Əliyev Mərkəzinə ekskursiyaları davam edir. Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyinin nəzdində fəaliyyət göstərən “Vətənpərvərlik klubu”nin yeni üzvləri Heydər Əliyev irsini daha yaxından öyrənmək məqsədilə mərkəzin qonağı olublar. Mərkəzin əməkdaşı gəncləri muzeylə tanış edib, onlara muzeydə sərgilənən ekspozisiya haqqında məlumat verib. Bu cür ekskursiyalar mütəmadi olaraq pandemiya qaydalarına müvafiq surətdə təşkil edilir..

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir