Cəmiyyət

Azərbaycanın beynəlxalq nüfuzunu artıran mühüm amil.

Sharing is caring!

  “Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir”. Bu sözləri Cənab Prezidentimiz İlham Əliyev iyulun 18-də Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı söyləmişdir.

    Dünyanın nüfuzlu ölkələrinin rəhbərlərinin qatıldığı zirvə toplantısında Birləşmiş Krallığın Baş naziri Kir Starmerin dəvəti ilə Cənab Prezidentimiz İlham Əliyev də iştirak etmişdir. Bu dəvət söyləməyə əsas verir ki, beynəlxalq aləmdə Azərbaycanın arrtan nüfuzunun və bilavasitə ölkə başçımızın dünya liderləri arasında önəmli söz sahibi olmasının nümunəsidir.

   Məlum olduğu kimi, Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rola malik olmağı ilə bərabər qitənin və Avropa İttifaqının gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir. Bu da son illərdə, xüsusilə Vətən müharibəsindən sonra Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan nüfuzu, verdiyi sözə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə birbaşa bağlıdır. Bu günlərdə elə bir beynəlxalq və mötəbər toplantı yoxdur ki, Cənab Prezident həmin tədbirlərdə iştirak etməsin, müasir dövrün çağırışları, mövcud problemlərin həlli yolları barədə fikirləri öyrənilməsin. Prezident Cənab İlham Əliyevin mükəmməl xarici siyasət kursu birbaşa dövlətimizin inkişafına və beynəlxalq arenada mövqeyimizin yüksəlməsinə xidmət etməkdədir.

Telman Ağayev

Saatlı rayon Heydər Əliyev Mərkəzinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir