Cəmiyyət

Lənkəranda baş verən qəzada müəllim xəsarət alıb – FOTO

Sharing is caring!




Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Lənkəran-Boradigah-Masallı magistralında, Lənkəran rayonunun Girdəni kəndi ərazisində qeydə alınıb. Masallı rayon, Həsənli kənd sakini 1960-cı il təvəllüdlü Məhəmmədhüseyn Hüseyn oğlu Fərəcovun idarə etdiyi “Mercedes” markalı, 44-BR-444 dövlət nömrə nişanlı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb. Zərbənin təsirindən avtomobil deformasiyaya uğrayıb. Sürücü maşından çıxarılaraq təcili yardım avtomobil ilə xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

M.Fərəcovun Həsənli kəndində ingilis dili müəllimi işlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir