Cəmiyyət

Xırdalanda velosipedi oğurlayan şəxs kameraya düşdü – AXTARILIR + VİDEO

Sharing is caring!




Xırdalan şəhərində oğurluq hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə paylaşılıb.

Məlumatda qeyd olunub ki, oğurluq hadisəsi aprelin 1-də baş verib. Naməlum şəxs bloka daxil olaraq oradakı velosipedlərdən birini aparıb.

“Aprelin 3-də “102 Çağrı Mərkəzi”nə hadisə ilə əlaqədar məlumat vermişəm. Dərhal Abşeron Rayon Polis İdarəsinə dəvət edilərək rəsmi sənədləşmə aparılıb. Lakin artıq bir neçə müddətdir ki, nə rəsmi, nə də şifahi məlumat verilir”, – deyə vətəndaş bildirib.

Qeyd edək ki, hadisə Xırdalan şəhəri, Qara Qarayev küçəsi, bina 75-də baş verib.

Videonu təqdim edirik:

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir