Cəmiyyət

Sumqayıtda alman əsirlərin basdırıldığı qəbiristanlıq – FOTOREPORTAJ

Sharing is caring!




Sumqayıt şəhərinin Yeni Kottec qəsəbəsində alman əsirlərinin dəfn olunduğu bir məzarlıq var. Adına “Alman qəbiristanlığı” da deyilir.

Bu qəbiristanlıqda ümumi 311 məzarın olduğu bildirilir. Qeyd olunur ki, məzarlıqda dəfn olunan 311 girovdan 269-u alman əsilli, qalanları isə avstriyalı və macarlardır.

Sonuncu əsirlər burada 1949-cu ildə dəfn olunub. Belə ki, 1949-cu ilin yanvar ayında məzarların birində iki hərbi əsir dəfn olunub. Buna səbəb kimi isə torpağın donması göstərilir. Bildirilir ki, həmin vaxt torpaq donduğu üçün onu qazmaq mümkün olmur və bu səbəbdən də hər iki meyitin bir məzarda basdırılmasına qərar verilib.

Qeyd edək ki, qəbiristanlıq ərazisində qara xaç şəklində xatirə abidəsi qoyulub. Abidənin hündürlüyü 5.5 metr, məzarlığın ümumi sahəsi isə 2 700 kvadratmetr təşkil edir.

PhotoStock.az-ın həmin qəbiristanlıqdan hazırladığı fotoreportajı təqdim edirik:

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir